Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri üçün psixoloq Ayxan Hüseynli tərəfindən “Mənim güzgüm: MƏN” adlı motivasiya yönümlü təlim keçirilib. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə kollecin 35 tələbəsi iştirak edib.
Təlim zamanı tələbələrə şəxsi inkişaf, özünü dərk etmə, motivasiyanın gündəlik həyat və gələcək karyera planlamasındakı rolu barədə ətraflı məlumat verilib. Eyni zamanda özünəinamın formalaşdırılması, daxili potensialın üzə çıxarılması və düzgün hədəf müəyyənləşdirmə mövzularında fikir mübadiləsi aparılıb.
İnteraktiv formada təşkil olunan təlimdə tələbələrin sualları cavablandırılıb, müxtəlif praktiki yanaşmalar və motivasiya üsulları barədə məlumat verilib.